Dırnaqlarda ağ ləkələr adətən ciddi qəbul edilmir. Bu ləkələrin müvəqqəti və ya zərərsiz olduğu düşünülür. Ancaq onlar ciddi sağlamlıq problemlərinin əlaməti də ola bilər.
Viral.az medicina-ya istinadən xəbər verir ki, mütəxəssislər dırnaqlarında ağ ləkələr olanlara vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görürlər.
Araşdırmalar dırnaqdakı ağ ləkələrin bəzi xəstəliklərin əlaməti olduğunu göstərib.
Son Yazılar:
- Ərdoğan ilə Mark Rütte Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə EDƏCƏK
- Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə hökm OXUNDU
- Bir milyon manata yaxın pul tələb edən məşhur tiktoker həbs OLUNDU
“Leykonychia” adlanan bu ləkələr adətən aşağıdakı səbəblərdən yaranır:
Travma və ya zərbə: Dırnaq səthi zərbə aldıqdan sonra dırnaq altında hava yığılması səbəbindən bu hal baş verə bilər.
Mineral çatışmazlığı: Xüsusilə sink və kalsium çatışmazlığı dırnaqlarda ağ ləkələrə səbəb ola bilir.
İnfeksiyalar: Dırnaq göbələyi və ya digər infeksiyalar ağ ləkələrin yaranması ilə müşayiət olunur.
Kimyəvi maddələrə məruz qalma: Aqressiv kimyəvi maddələr və ya təmizləyici maddələr dırnaq səthinə təsir edə və ağ ləkələrin yaranmasına səbəb ola bilər.
Digər sağlamlıq problemləri: Nadir hallarda dırnaqlarda ağ ləkələr ciddi sağlamlıq problemlərinin əlaməti olur, lakin adətən digər simptomlarla birlikdə baş verir.
Xalq arasında isə dırnaqlarda ağ ləkələrin vitamin çatışmazlığından qaynaqlandığı düşünülür.
Dırnaqlarınızda ağ ləkələr varsa, mütləq mütəxəssisə müraciət edib səbəbi aydınlaşdırmalısınız. Çünki yuxarıda sayılan bəsit səbəblərlə yanaşı eqzema və sədəf kimi dəri xəstəlikləri də bu vəziyyətə yol aça bilər. Sədəf dırnağın haçalanmasına, qalınlaşmasına və ya rənginin dəyişməsinə səbəb ola bilər. Eqzema da dırnaqlarda rəngin dəyişməsi, çıxıntılar, qalınlaşma və çuxurlaşma kimi simptomlarla müşayiət olunur.
Dırnaq yemə vərdişləri, tez-tez manikür və pedikür etmək də ağ ləkələrin yaranmasına gətirib çıxarır.
Dar ayaqqabı geyinmək isə ayaq dırnaqlarında ağ ləkələrin yaranması ilə nəticələnir.
Dırnaqlarınızda hərdən görünən və sonra yoxa çıxan ağ ləkələr çox da təhlükəli deyil. Ancaq bu ləkələr uzun müddət qalırsa, ciddi xəstəliklərdən şübhələnmək lazımdır.
Məsələn, qaraciyər xəstəliyi zamanı belə ləkələr görülə bilər.
Həmçinin otoimmün xəstəliklər də bədənin immun sistemi sağlam hüceyrələrə və toxumalara hücum edir. Bu zaman da dırnaqlarda dəyişikliklər meydana gələ bilir.
Xərçəng müalicəsində istifadə edilən kemoterapi dərmanları, sızanaq müalicəsi zamanı yazılan retinoidlər, təzyiq dərmanları və bəzi antibiotiklər dırnaqları zədələyə, dırnaqda ağ ləkələrə və xəttlərə səbəb ola bilər.