Ukrayna müdafiə naziri Rustem Umerova yeni müavinlər təyin edilib.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti qərar verib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Qərara əsasən, Anatoli Kloçko və Aleksandr Sergey müdafiə nazirinin müavinləri təyin olunub.
Kloçko 2020-2022-ci illərdə Silah Təchizatı Mərkəzi İdarəsinin rəisi olub, 2022-ci ilin oktyabrından isə Baş Kəşfiyyat İdarəsinin hərbi hissəsində xidmət edib.
Aleksandr Sergey isə 2010-cu ildən Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifələrdə çalışaraq ordunun maddi-texniki təminatına cavabdeh olub.