Bayden Netanyahu ilə görüşə bilər

ABŞ prezidenti Co Bayden Konqresdə çıxış edəcəyi Vaşinqtona səfəri zamanı İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşə bilər

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

“Baş nazirin bu ayın sonunda ABŞ-yə səfəri ilə əlaqədar görüşmək istədiklərini deyəcəyəm. Yəqin ki, baş nazir burada olanda görüşəcəklər. Amma bölüşəcək dəqiq məlumatım yoxdur”, – o, Baydenin Vaşinqtondan Medisona gedən təyyarəsində jurnalistlərə bildirib.

Son Yazılar:

Bir gün əvvəl Bayden və Netanyahu arasında telefon danışığı olub və onlar Qəzza zolağında atəşkəs razılaşmasının əldə edilməsi səylərini müzakirə ediblər.

(redaktor.az)