Qazaxıstan Azərbaycan-Ermənistan danışıqlarına platforma təklif etdi 

Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması üçün platforma təklif etməyə hazırdır.

Viral.az xəbər verir ki, “Report”un məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı ümid edir ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh olacaq.

Son Yazılar:

O, həmçinin qeyd edib ki, siyasi və iqtisadi dəyişikliklər bütün dünyaya təsir edib: “İnanıram ki, birgə əməkdaşlıq nəticəsində TDT-yə üzv ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcəyik”.