Niderlandın yeni müdafiə və xarici işlər nazirləri Ruben Brekelmans və Kaspar Veldkamp təyin olunduqdan sonra ilk rəsmi səfərini Ukraynaya ediblər.
Viral.az xəbər verir ki, bu barədə Niderland hökuməti məlumat yayıb.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Onlar Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və onu əmin ediblər ki, F-16 qırıcılarının çatdırılması “çox gecikməyəcək”.
“Bu işdə həm ikitərəfli əsasda, həm də müxtəlif koalisiyalar çərçivəsində Ukraynaya kömək etmək çox vacibdir. Biz, həmçinin uzunmüddətli perspektivdə Ukraynaya öz silahlı qüvvələrinin formalaşmasında dəstəyimizi davam etdirəcəyik”, – Brekelmans deyib.
Açıqlamada deyilir ki, yaxın gələcəkdə Ukraynaya “Patriot” kompleksi radarı və üç buraxılış qurğusu veriləcək. Bundan əlavə, nazirlər Ukrayna Silahlı Qüvvələrinin informasiya və kommunikasiya imkanlarını dəstəkləmək üçün Kiyevə əlavə 10 milyon avro göndərmək planlarını açıqlayıblar.