Yeni Baş nazir Netanyahu və Mahmud Abbasla danışdı

Böyük Britaniyanın yeni baş naziri Ker Starmer İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

 

Viral.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Son Yazılar:

 

O, liderlərlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. 

 

Qeyd olunur ki, Netanyahu ilə telefon danışığı zamanı Starmer Londonun “zərərli təhdidlərin qarşısını almaq üçün İsraillə əməkdaşlığı davam etdirmək” öhdəliyini açıqlayıb. “Baş nazir İsrailin şimal sərhədindəki vəziyyətin ciddi narahatlıq doğurduğunu və bütün tərəflərin ehtiyatlı davranmalı olduğunu bəyan edib”, – açıqlamada deyilir.

 

Abbasla söhbətində Starmer “Fələstin üçün islahatların və beynəlxalq legitimliyin təmin edilməsinin vacibliyini” qeyd edib.