Böyük Britaniyanın yeni hökuməti Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə davam edəcək.
Viral.az xəbər verir ki, yeni Baş nazir Keir Starmerin sözlərini “The Guardian” dərc edib.
Baş nazirin sözlərinə görə, o, artıq Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışıb və iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə NATO müttəfiqləri ilə birlikdə mövqeyini təsdiqləyəcək.
Son Yazılar:
- Hizbullah İsrail qərargahına zərbə endirdi
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
Starmer daha əvvəl demişdi ki, seçkidə qalib gəlsə, mühafizəkarların Ukraynaya hərbi yardım üçün ildə ən azı 3 milyard funt-sterlinq (3,8 milyard dollar) xərcləmək vədini yerinə yetirəcək. Nazirlər Kabinetinin rəhbəri həmçinin Böyük Britaniyanın hərbi xərclərini ÜDM-in 2,5%-nə çatdırmaq niyyətində olduğunu açıqlayıb.
Vladimir Zelenski Britaniyanın yeni baş naziri ilə telefonla danışdığını təsdiqləyib.
“Mən Keir Starmerə Böyük Britaniyanın Ukraynaya dəstəyinin prinsipcə dəyişməz qalacağına dair verdiyi zəmanətə görə minnətdaram”, – prezident deyib. Zelenski əlavə edib ki, Kiyev və London 100 il müddətinə “görünməmiş” əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.
İlin əvvəlində ölkələr on il müddətinə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb. Böyük Britaniya Ukraynaya beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qorumaq və bərpa etmək üçün hərtərəfli yardım göstərməyi öhdəsinə götürüb. London həmçinin Rusiyanın istənilən hərbi eskalasiyasına və yeni təcavüzünə qarşı durmağa və Ukraynanın NATO da daxil olmaqla Avro-Atlantik qurumlara inteqrasiyasını dəstəkləməyə söz verib.