Ermənistanın təkcə baş naziri deyil, prezidenti də Pezeşkianı təbrik etdi

Ermənistan baş naziri Nikol Paşinyanın ardınca prezidenti Vaaqn Xaçaturyan da Məsud Pezeşkiana İran İslam Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib.

Viral.az xəbər verir ki, Xaçaturyan məktubda bildirib:

“Əminəm ki, sizin zəngin təcrübəniz və biliyiniz ölkənin gələcək tərəqqisinə və çiçəklənməsinə töhfə verəcək. Ermənistan İran ilə qarşılıqlı hörmət və etimada əsaslanan çoxəsrlik dostluğun ardıcıl möhkəmlənməsinə və dərinləşməsinə önəm verir. Ümidvaram ki, Ermənistan-İran münasibətləri dinamik inkişafa davam edəcək”.

Son Yazılar: