Polşanın paytaxtı Varşavada Polşa və Ukrayna arasında müdafiə və təhlükəsizlik sahəsində 10 il müddətinə əməkdaşlıq haqqında saziş imzalanıb.
Viral.az xəbər verir ki, sənədi Polşanın baş naziri Donald Tusk və Ukrayna prezidenti Volodimir Zelenski imzalayıblar. İmzalanma mərasimi onların danışıqları zamanı baş tutub.
Baş nazir qeyd edib ki, bu sənədə qarşılıqlı öhdəlik kimi yanaşır. Onun sözlərinə görə, Polşa yaxın vaxtlarda sazişin həyata keçirilməsi üçün əməli addımlara başlayacaq.