Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (01.07.2024 – 07.07.2024) açıqlanıb.

 

ANAMA-dan Viral.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 28 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 830 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Son Yazılar:

 

Bildirilib ki, 1039.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.