Türkiyə müdafiə sahəsində fəal təcrübəmübadiləsi və beynəlxalq əməkdaşlığa can atır.
Viral.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri komandanlığının nümayəndəsi polkovnik Özgür Umut Şenduran İzmirdəki “EFES-2024” çoxmillətli hərbi təlimlər çərçivəsində təşkil olunan ikigünlük birgə döyüş atışlarına həsr olunmuş brifinqdə bildirib.
Son Yazılar:
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
O qeyd edib ki, “EFES-2024” çərçivəsində quruda və dənizdə birgə bacarıqlar məşq edilir, səmərəli informasiya mübadiləsi qurulur, assimetrik təhdidlərə qarşı əks fəaliyyət ssenariləri həyata keçirilir. Təlimlər çərçivəsində, həmçinin Türkiyə Ordusunun regionda həyata keçirdiyi antiterror əməliyyatlarında topladığı təcrübədən də istifadə olunur.
Onun sözlərinə görə, təlimlərdə, həmçinin Türkiyənin müdafiə sənayesinin yenilikləri, o cümlədən “Fırtına-2” özüyeriyən artilleriya qurğusu və PARS modernləşdirilmiş zirehli texnika da iştirak edir.
Polkovnik əlavə edib ki, dünyanın onlarla ölkəsindən 11 min hərbçinin iştirakı ilə keçirilən təlimlərə Türkiyənin 16 müxtəlif dövlət qurumu, o cümlədən Xarici İşlər Nazirliyi dəstək verir. O bildirib ki, təlimləri dünyanın onlarla ölkəsindən olan hərbi nümayəndə heyətləri və attaşelər, eləcə də dünya KİV nümayəndələri müşahidə edirlər.
“EFES-2024” təlimləri çərçivəsində Türkiyənin 48 aparıcı şirkətlərinin iştirakı ilə hərbi-sənaye məhsullarından ibarət sərgi təşkil olunub.