Hindistanın qərbindəki Qucarat ştatında oyun meydançasında baş verən yanğın nəticəsində 27 nəfər ölüb.
Son Yazılar:
- Bakı meriyasında ilk müavin – 3 yüksək vəzifə hələ də boşdur
- Xarici donor icmaların Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərdiyi yardım çox aşağıdır
- Ödənişli yolda qəza zamanı dərəyə aşan avtomobildən sürücü və sərnişin çıxarıldı
Viral.az-ın məlumatına görə, bu barədə NDTV kanalı xəbər yayıb.
Son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatı davam edir və yanğında ölən 27 nəfər arasında azı 9 uşaq da var.
Yanğın Rajkot şəhərindəki əyləncə parkında yerli sakinlər arasında məşhur olan oyun meydançasında baş verib. Hadisənin səbəbi hələ məlum deyil. Qucarat polisinin verdiyi məlumata görə, oyun meydançasının sahibləri saxlanılıb.