“Lionel Messi Kriştiano Ronaldodan yaxşıdır”.
Viral.az xəbər verir ki, bunu argentinalı futbolçu Angel Di Maria deyib.
“Ən yaxşı futbolçu, ən çox “Qızıl top”a sahib olandır.” Messidə səkkiz, Ronaldoda isə beşi var. Deməli, mənim üçün onların arasında müəyyən məsafə var”, – Di Maria bildirib.
Son Yazılar:
- Heç bir qüvvə o xalqın qabağında dura bilməz
- Prezident tələbələrlə görüşdə hərbçilərimizin qəhrəmanlığından DANIŞDI
- Sabah Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı iclası OLACAQ
Messi 2023-cü ilin yayında İnter Mayamiyə keçib. Argentinalı ötən il avqustun 20-də Amerikada ilk kuboku – Liqa Kubokunu qazanıb.
Bu mövsüm Messi MLS-də 12 oyun keçirib və 12 qol vurub.
2022-ci ilin dekabrında Messi Argentina millisi ilə dünya çempionu olub. Argentina həlledici görüşdə Fransaya qalib gəlib. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur.
O, millinin heyətində 100-dən çox qol vurub. Messi Kataloniya “Barselona”sında 2003-2021-ci illərdə çıxış edib. 2000-ci ildən “Blauqrana” gənclər komandasında çıxış edib.