Azərbaycan idmançıları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində 8 medal qazanıblar.
Viral.az xəbər verir ki, bunlardan 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc mükafatdır.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Tamblinq üzrə yarışda Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb. Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Batut və ikili mini-batut gimnastikası üzrə hərəkətlərin icrasında Hüseyn Abbasov iki, Ammar Baxşalıyev bir qızıl, Nicat Mirzəyev isə bürünc mükafata yiyələnib.
Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-dək davam edib.