Rusiyanın Rostov vilayəti üzrə Dövlət Cinayət Axtarış İdarəsi bildirib ki, Rostov-na-Donuda tamaşa zamanı yüksəklikdən yıxılan sirk artisti ölüb.
Viral.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə iyulun 14-də axşam saatlarında baş verib. Sirk tamaşası zamanı sənətçi dörd metrdən çox hündürlükdə iki sirk qülləsi arasında uzanan kabel boyunca hərəkət edərək sükanı olmayan velosipeddə kaskadyorluq edib. Lakin tarazlığını itirərək yerə yıxılıb.
“O, hadisə yerindən xəstəxanaya aparılıb və aldığı xəsarətlərdən orada ölüb”, – məlumatda bildirilib.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Faktla bağlı “ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda əməyin mühafizəsi tələblərini pozma” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib.