Türkiyəli müğənni İbrahim Tatlısəs keçirdiyi ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.
Viral.az Türkiyə mediasına istinadən xəbər verir ki, çıxışda jurnalistlərin suallarını cavablandıran 72 yaşlı sənətçi səhhəti ilə bağlı açıqlama verib.
“Özümü əla hiss edirəm. Allah bitdi demədikcə bitməz. 5 günə səhnəyə çıxıram”, – o bildirib.
Son Yazılar:
- Karateçilərimiz Avropa Kubokunda qızıl medal QAZANDI
- Müəllimləri təhqir edənlər CƏRİMƏLƏNƏ bilər
- Bu xəstəxanaya yeni baş həkim təyin OLUNDU
Evə buraxılan Tatlısəsi yeni barışdığı oğlu Ahmet Tatlısəs də tək qoymayıb.
Qeyd edək ki, sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.
Xatırladaq ki, Tatlısəs “Harbiye” səhnəsində baş tutan konserti zamanı növbəti dəfə əməliyyat olunacağını deyib.