Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıb.
Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan dövlət başçısının parlament katibi Georgi Msxiladze açıqlayıb.
“Gürcüstan Prezidenti ilk dəfə ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıb. İddia “xarici təsirin şəffaflığı haqqında” qanuna aiddir. Sözügedən qanun Konstitusiyaya uyğun gəlmir”, – deyə katib qeyd edib.
Son Yazılar:
- Saratov vilayətində insanlara atəş açılıb, ölən var
- "Turan Tovuz" "Sabah"la bərabərə QALDI
- Qan qrupuna görə xəstəlik RİSKLƏRİ
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur.
Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili iyunun əvvəli bu qanunu ölkə Prezidentinin əvəzinə özü imzalayıb.