Məcburi köçkünlərin yaşadığı yataqxanada YANĞIN

Şəmkirdə yanğın hadisəsi baş verib.

Viral.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən peşə məktəbinin yataqxanası, hazırda Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb.

Belə ki, sözügedən yataqxanada olan otaqların birində anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub.

Son Yazılar:

Yanğın söndürülüb, yataqxananın qalan hissəsi yanğından mühafizə edilib.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.