YAP-ın namizədlər siyahısında məşhur həkim də var

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

İclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub.

Viral.az xəbər verir ki, YAP-ın namizədlər siyahısında ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov da var.

Son Yazılar:

“Mənə də etimad göstərilməsi böyük hadisədir. Müxtəlif kateqoriyadan insanlar var. Yeni gənc namizədləri görürük. YAP-da ciddi yer tutmuş veteranların da namizdliyi verilib”, – o bildirib.

Qeyd edək ki, 2020-ci ildə keçirilən parlament seçkilərində Rəşad Mahmudov 77 saylı Astara seçki dairəsindən deputat seçilib (modern.az).