“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
Viral.az xəbər verir ki, Ağdam təmsilçisi qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.
Klubla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb.
Son Yazılar:
- Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
- Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
- Noyabr ayı üzrə pensiyaların ödənişi YEKUNLAŞDI
Məhəmmədəliyev 2016-24-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında adıçəkilən komandadan Türkiyə klubuna transfer edilib. Şahrudin “atlılar”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, Şahruddin ötən yay 900 min avroya transfer olunduğu “Adana Dəmirspor”dan qovulub.
Türkiyənin Super Liqa klubu qapıçı ilə müqaviləyə birtərəfli qaydada xitam verib.
O, ötən mövsümdə komandası ilə iştirak etdiyi 25 matçda 40 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb.