Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir vilayətinin Doğanbey rayonunda keçirilən “EFES-2024” beynəlxalq hərbi təlimlərinin “Müşahidəçi günü” çərçivəsində gündüz fazasını izləyib. Qardaş ölkənin dövlət başçısı, həmçinin hərbçilərin qarşısında çıxış edib.
Viral.az xəbər verir ki, fəxri qonaqları kürsüsündə Rəcəb Tayyib Ərdoğanla yanaşı təlimlərin gedişini Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də izləyiblər.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
“EFES-2024” təlimləri çərçivəsində Azərbaycanın hərbi qulluqçularının da iştirak etdiyi birgə əməliyyatların müxtəlif ssenariləri yerinə yetirilib. Şərti rəqibin nəzarət etdiyi rayonun sahilinə dəniz desant qrupunun endirilməsi də həyata keçirilib.
F-16 təyyarələri və ATAK-2 hərbi helikopterləri şərti rəqibin müəyyən olunmuş hədəflərinə zərbələr endirib. Eyni zamanda, helikopterlərin köməyi ilə personalın təxliyəsi də həyata keçirilib. Artilleriya və minaatan bölmələr isə şərti rəqibin istehkamlarını məhv ediblər.