Makron və Şolts Ukrayna məsələsində həmfikirdirlər

Fransa prezidenti Emmanuel Makron Almaniyaya üç günlük dövlət səfəri zamanı Ukraynadakı hərbi əməliyyatlarla bağlı daha bir “qırmızı xətti” silib.

 

Viral.az “Novaya Gazeta”ya istinadən xəbər verir ki, o, ukraynalıların Rusiyadakı “hərbi hədəflərə” zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək hüququ olduğunu bildirib.

Son Yazılar:

 

Birgə mətbuat konfransı zamanı Almaniya kansleri Olaf Şolts həmkarını dəstəkləyərək deyib: “Ukraynanın beynəlxalq hüquqa uyğun olaraq bunu etmək üçün hər cür imkanı var”.

 

Qeyd olunub ki, bəzi NATO ölkələrinin (hazırda Böyük Britaniya və Fransa) hərbi təlimatçılarının Ukraynada olması hələ rəsmi olaraq elan edilməyib, lakin praktiki olaraq razılaşdırılıb.