Ukrayna müdafiə üçün 12 milyard XƏRCLƏYƏCƏK

2024-cü ilin sonuna qədər Ukraynanın planlaşdırılan müdafiə xərcləri 495,3 milyard qrivna (demək olar ki, 12 milyard dollar) artacaq. 

Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Taras Melniçuk “Telegram” kanalında bildirib.

Həmçinin, digər büdcə proqramları üzrə xərclər beş milyard qrivna (120,5 milyon dollar), büdcə gəlirləri isə dövlət borcunun 220,9 milyard qrivna (5,2 milyard dollar) artması hesabına artacaq.

Son Yazılar:

Əvvəllər hökumət hərbi verginin fiziki şəxslər üçün gəlirin 1,5 faizindən 5 faizə qaldırılmasını, habelə hüquqi şəxslər üçün də bir faizlik analoji rüsumun tətbiqini təklif edirdi.

(redaktor.az)