Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır.
Viral.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Son Yazılar:
- Bakıda və bölgələrdə leysan olacaq – XƏBƏRDARLIQ
- Bu tarixdən minimum əmək haqları və pensiyalar ARTIRILACAQ
- Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
O qeyd edib ki, Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər – təbii ki, bu qəribə hadisədir:
“Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz nümunəsi kimi ölkə ərazisində keçirilən “Eagle Partner 2024” birgə ABŞ-Ermənistan təlimlərini misal çəkmək olar.Bu təkcə təəssüf deyil, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur, çünki Aİ və ABŞ bir çox ölkələrlə belə maxinasiyaları dəfələrlə edib. Bunun necə bitdiyini çox yaxşı bilirsiniz: onlardan istifadə olunur, sonra gərəksiz kimi atılırlar”