Paşinyanla Mirzoyan xarici vəsait hesabına körpü tikdirmək İSTƏYİRLƏR

Ermənistan baş naziri Nikol Paşinyan Lori və Tavuş bölgələrində daşqınlar nəticəsində dağılmış körpülərin bərpasında və yeni körpülərin tikintisində beynəlxalq tərəfdaşların dəstəyinə ümid edir.

 

Viral.az “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasında bu barədə danışıb:

Son Yazılar:

 

“Beynəlxalq tərəfdaşlardan dəstək verməyə hazır olduqları barədə mesajlar almağımız çox vacibdir. Düşünürəm ki, xüsusilə körpü tikintisi sahəsində biz tərəfdaşlarımızdan konkret dəstək tələb etməliyik”.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, belə şəraitdə cəlb oluna biləcək bir sıra beynəlxalq mexanizmlər var və bu və ya digər məsələdə dəstək verməyə hazır olduqlarını bildirən beynəlxalq tərəfdaşlar var.

 

“Modullu körpülər məsələsində bizə kömək edə biləcək tərəfdaşlar var. Biz indi elə bir mərhələdəyik ki, beynəlxalq tərəfdaşlardan tam olaraq nə gözlədiyimizi mümkün qədər tez başa düşməliyik. Bu məsələdə ümidimizi Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə bağlayırıq. Bizdə körpülərin sayı və onların növləri haqqında tam və aydın fikir olan an müraciət edə bilərik”, – deyə Mirzoyan vurğulayıb.