Makronun rəqibi ona xəbərdarlıq etdi

Kiyevin Rusiya ərazilərindəki hərbi obyektlərə zərbələr endirməsini dəstəkləyən Fransa prezidenti Makronun mövqeyi dünya müharibəsinə doğru daha bir addımdır.

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa parlamentinin Milli Birlik fraksiyasının lideri Marin Le Pen bildirib.
 

“Makron Fransanın müharibəyə getməsini istəyir. Mən bunun əleyhinəyəm və hesab edirəm ki, bu, vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük risk yaradır”, – deyə Makronun prezident seçkilərindəki  çoxdankı rəqibi olan siyasətçi bildirib.

Son Yazılar:

O qeyd edib ki, Kiyevin yalnız müdafiə silahları ilə təmin olunmasının tərəfdarıdır.
 

“ABŞ və Almaniya kimi mən də Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Qərbin verdiyi silahlardan istifadə etməsinə qarşıyam. Fransanın cəbhə xəttində olacağı qlobal münaqişə riskini yarada biləcək hər şeyin əleyhinəyəm”.

Le Penin fikrincə, danışıqlara qayıtmaq lazımdır, Makron isə bunun əvəzində ictimaiyyəti Ukraynaya qoşun yeritmək elanına hazırlayır.

Marin Le Pen növbəti prezident seçkilərində Makronun əsas rəqibi olacaq.