Rusiya paytaxtı Moskvanın Tver Rayon Məhkəməsi bloger İlya Varlamova qarşı ordunu “diskreditasiya etmək” ilə bağlı inzibati iş alıb.
Viral.az xəbər verir ki, bu barədə məlumatı “Mediazona” üzə çıxarıb.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Ona protokol tərtib olunub. Protokolun dəqiq nəyə səbəb olduğu bilinmir. İş üzrə məhkəmə iclası hələ təyin edilməyib.
Bu, Varlamova qarşı tərtib edilmiş ordunun “diskreditasiya edilməsi” haqqında ilk məlum protokoldur. 2023-cü ilin martında Ədliyyə Nazirliyi blogeri “xarici agent” elan edib. 5 ay sonra o, “Telegram” kanalındakı yazılara “xarici agent” olması barədə məlumat etiketləməkdən imtina etdiyinə görə 30 min rubl cərimə olunub.
Qeyd edək ki, Varlamov tanınmış şəhərsalma (urban) blogeridir. Həm də o, ictimai və siyasi mövzulara toxunur.