“Windows 10” əməliyyat sistemi ilə işləyən qurğular bütün dünyada sıradan çıxıb. Qəza hava limanlarının, aviaşirkətlərin, bankların, treyderlərin və rabitə operatorlarının işinə təsir göstərib.
Viral.az xəbər verir ki, bu, “CrowdStrike” kibertəhlükəsizlik provayderinin səhv yeniləməsi ilə əlaqədardır.
“CrowdStrike” “Asahi”yə təsdiq edib ki, onun proqram təminatı ilə işləyən kompüterlər “Windows” əməliyyat sisteminin qəfil bağlanması ilə bağlı problemlər yaşayır. “Microsoft” kütləvi uğursuzluğun nəticələrini aradan qaldırmaq üçün çalışdığını bildirib.
Son Yazılar:
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
- Köklük, piylənmə 13 növ xərçəngi ARTIRIR
“Reuters” şirkətlərin mətbuat xidmətlərinə istinadən xəbər verir ki, bir sıra iri aviaşirkətlər – “American Airlines”, “United Airlines”, “Delta Airlines” və “Frontier Airlines” daxil olmaqla, uğursuzluq səbəbindən uçuşların dayandırıldığını bildiriblər.
Türkiyənin “Turkish Airlines” şirkəti və Hindistanın “SpiceJet” şirkətləri də biletlərin bron edilməsi və qeydiyyat zamanı problemlərin olduğunu bildiriblər. “Bloomberg” yazır ki, nasazlıq Avstraliyanın bir neçə hava limanında xaosa səbəb olub. Agentliyin məlumatına görə, Melburn, Adelaida və Pert hava limanlarında qeydiyyat pozulub, bəzi reyslər gecikib.
Böyük Britaniyada texniki nasazlıqlar barədə yayımını tamamilə dayandıran “SkyNews” kanalı, həmçinin Britaniyanın ən böyük dəmir yolu şirkəti “Govia Thameslink Railway” tərəfindən məlumat verilib.
Berlin-Brandenburq hava limanı texniki nasazlıq səbəbindən mümkün qeydiyyat gecikmələrini bildirib. İspaniya və ABŞ-ın hava limanlarında da gecikmələr qeydə alınıb.
“Forbes”in məlumatına görə, “Microsoft” xidmətində yaranan problemlər səbəbindən bütün dünyada uçuşlar gecikir.