Türkiyə silahlı qüvvələri ölkəyə qarşı hər hansı təhlükənin qarşısını almaq üçün kifayət qədər güclüdür.
Viral.az xəbər verir ki, bu barədə “Deyli Sabah”a Türkiyə Müdafiə Nazirliyinə yaxın mənbələr məlumat verib.
İsrailin Livana əməliyyatı və İranın İsrailə raket hücumlarından sonra münaqişənin yayılma ehtimalı ilə bağlı suallara cavab olaraq mənbələr bildiriblər ki, nazirlik və ordu Türkiyənin təhlükəsizliyini təhdid edə biləcək hadisələri diqqətlə izləyir.
Son Yazılar:
- Şəhid Ramil Ağayevin anım mərasimi keçirildi –
- Emrah onlarla qonşu OLACAQ
- Fransanın yeni baş naziri ən aşağı reytinqlə işə BAŞLADI
“Təhlükələr çoxşaxəli təhlükəsizlik strategiyasının bir hissəsi kimi qiymətləndirilir və lazımi tədbirlər görülür. İsrailin beynəlxalq hüququ da pozan qeyri-insani hücumları qlobal və regional sabitliklə yanaşı, beynəlxalq təhlükəsizliyi də təhdid etməkdə davam edir. Hazırda İsrailin hücumlarının yalnız Qəzza ilə məhdudlaşmayacağı və bütün bölgəyə yayılacağı ilə bağlı narahatlığımızda haqlıyıq”, – deyə mənbələr bildirib.