Spencer Wells, Türk Tarix Tezisi və “Genetic Odyssey”

Spencer Wells, əsərinin müxtəlif yerlərində Darvinin təkamül nəzəriyyəsi sonrasında aktivləşən irq təməlli nəzəriyyələrdən bəhs edir. Təkamül, özlüyündə “Təbii Seçmə” qanununu da gətirir. Wells mövzunu irdələyir: “Əvvəldən gördüyümüz kimi Darvin “möhkəm” bir irqçi deyildi. Hər kəs kimi o da bəsit qabaqdangəlmə hökmlər verməyə meyilli idi. Amma bu mövzudakı bəzi ifadələrindən anlaya biləcəyimiz qədəriylə, insanların biyoloji instinktlər baxımından böyük ölçüdə bərabər olduğuna inanırdı. Fəqət eyni düşüncə, onun bir çox yandaşı üçün doğru deyildi. Örnək olaraq “ən güclünün həyatda qalması” (survival of the fittest) ifadəsinin ixtiraçısı filosof Herbert Spencer, bir sıra çox oxunan kitablarda bu prinsipdən istifadə edərək 19-cu əsrin sonlarında Britaniyaıdakı kütləvi sosial təbəqələri qanuniləşdirilmişdir. Əgər toplumdakı təbəqələr elmi şəkildə açıqlana bilirsə, o halda sivilizasiyalar arasındakı fərqlərin də bənzər səbəbləri vardır. “Güc doğru qılar” (might makes right) ifadəsindən bir sıçrama ilə bu mədəni fərqliliklərin elmi üsullarla ifadə edilə bilməsinin gərəkli olduğu inancına varılmış, bu da Viktoriya dövrünə xas sinifləndirmə vəsvəsəsi ilə birləşdiyində, “yevgenik” hərəkətlərin sərpilməsine yol açmışdır.”¹ Bu tutum, Qərbdə sürətlə inkişaf edən irqçi münasibət və hərəkətlərin, düşüncə cərəyanlarının da əsas qaynağını təşkil edir: “19-cu əsrdə, Amerikalı köləlik tərəfdarları Linnaeusçu görüşün çox radikal bir formatını mənimsəmişdilər. İnsan irqlərinin əslində bir-birindən ayrı və anadangəlmə bərabər olmayan canlılar olduqları görüşü, ABŞ-da uyğulanan qeyri-insani zülmü haqlı çıxartmağı rahatlaşdırırdı.” (s. 21) Beləliklə Afət İnanın Atatürkü Fransızca yazılan bir kitabda Türklərin ikinci planda və Sarı irqdən barbar xalq olaraq təqdim edilməsi məsələsində məlumatlandırıb xəbərdarlıq etməsi də eyni dövrə təsadüf edir. Qazi, Afət xanımın yönəltdiyi suallara “Xeyr, belə ola bilməz. Bunların üzərində məşğul olaq” cavabını verir. Atatürk, dərhal yeni kitablar gətirtdirir və tarix çalışmalarına birbaşa girişir, çevrəsindəki tarixçiləri də səfərbər edir. Türk tarixinin ana xəttlərini təyin edən bələdçi bir kitabın yazılması üçün yoğun çalışmalar belə başlayır. İlk çıxış nöqtəsi, Türkləri alçaldan Avropa mərkəzli tarix görüşünü çürütməkdir.²/³

Bu baxımdan, Qərb şovinizminin özünü üstün (!) olaraq təqdim edib, Türkləri barbar və ikinci planda xalq saymasına Atatürkün cavabı da Türk Tarix Tezisi olmuşdur. Bu baxımdan Spencer Wells və Mustafa Kamal Atatürk, eyni axmaqları tənqid ediblər. Wells, hətta Nasist Aryanist irqçiliyinin qaynağının da bu cərəyan olduğunu ifadə edir. (s. 25-26)

Türk Tarix Tezisi, Avrasiyanı məskunlaşdıran bir çox ulusun Orta Asiya kökənli olduğunu və Orta Asiyalı Türklərin buradan bütün şərqə və xüsusilə qərbə yayıldıqlarını, özləriylə birlikdə mədəni ixtiralarını da taşıdıqlarını ifadə edir.

Son Yazılar:

Spencer Wells, Türk Tarix Tezisinin Orta Asiya təməlli Avrasiya populyasiya paylanması nəzəriyyələri ilə eyni qənaətə gəlir:
“…M173, ilk modern Avropalıların ən mümkün substratıdır və Avropa qəbiləsini ifadə etməkdədir. Təbii olaraq M168, Afrikalı Adəmimizə gedən uzun soyağacının sadəcə bir budağını təşkil edən bir substratdan başqa bir şey deyildir. Beləliklə ilk Avropalıların haradan gəldiyi tapmacasını həll edən, bu substratdan bir əvvəlkidir. M173-ə gedən yolda sadəcə bir pilləkən daşı olan bu substrat M45-dir və Avropalıları Orta Asiya qəbiləsinin bir alt qolu etməkdədir.” (s. 173-174.)

Türk Tarix Tezisi, Orta Asiyalı xalqların bir növ təbii fəlakət, quraqlıq və su qaynaqlarının quruması sonrasında bu bölgədən ayrıldıqlarını ifadə edir. Wells də eyni qənaətə gəlib: “…Təxminən, cənub çöllərinin nisbətən isti bölgələrində qalmış bu qədim Orta Asiyalılar, (onları) əhatə edən səhralaşma olmasaydı yerlərindən ayrılmazdılar.” (s. 151.)

Bununla da Wells, Türk Tarix Tezisinin geoloji arqumentini böyük ehtimalla heç bilmədən təsdiq etmişdir. Bundan da hərəkətlə özü daxil bir çox Avropalının Orta Asiya kökənli olduğunu ifadə edir: Ancaqk bu açıqdır ki, mən də daxil Avropalı kişilərin (male/kişi;insan) böyük qisminin soyları son 35 min illik dövr ərzində Orta Asiyaya gedir.” (s.175.)

Wells, eyni qənaəti, Qızıldərililərin genetik substratı mövzusunda da ifadə etməkdədir: “Avropada M173 soyunun qaynaqlandığı Orta Asiya substratımız burada da var idi. Görünən odur ki, Orta Asiya qəbiləmiz Yeni Dünyaya (Amerika) da çatmış, bu müddətdə ayırd edici M3 substratına sahib olmuşdular.” (s. 181.)
Wells, Orta Asiyada ortaya çıxdığını dediyi (s. 150) M45-i əksər Qərbi Avropa və Amerikan Qızıldərililəri soylarının genetik atası sayır: “M45 Qərbi Avropalıların (M173-ü olanların) və Amerikan yerlilərinin (M242 və M3-ü olanların) böyük qisminin atasıdır.” (s. 183, Şəkil 8.)

Gördüyümüz kimi, ‘Spencer Wells fərqində olmadan, əslində Türk Tarix Tezisini danışıb’ belə deyilə bilər. Türk Tarix Tezisinin geoloji və genetik elmiliyini bir dəfə daha görməkdəyik.

1) Bax. Spencer Wells, Genetik Bir Macera: İnsanın Yolculuğu, Yurt Kitap-Yayın, Ankara 2012, s. 24.

2) Bax. Afet İnan, Atatürk’ten Mektuplar, Türk Tarih Kurumu Yayınları, Ankara 1981, s. 10.

3) Bax. Türk Tarihinin Ana Hatları, Kemalist Yönetimin Resmî Tarih Tezi, 6. Basım, Şubat 2022, Kaynak Yayınları, s. 13-14.

Nağıbəyov Məmmədtağıbəy