Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Ukrayna üçün neqativ ssenari ilə bağlı memorandumu yeniləyiblər.
Viral.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Məlumata görə, Ukrayna üçün 2026-cı ilin ortalarına qədər davam edəcək daha şiddətli müharibə vəziyyəti gözlənilir. Sənəddə qeyd edildiyi kimi, mənfi ssenariyə əsasən, daha uzun və gərgin müharibə nəzərdə tutulur.
Son Yazılar:
- Moldova baza valyutasını dollardan avroya dəyişəcək
- "Qarabağ" qış fasiləsinə lider olaraq gedib
- Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
Bu, vəziyyət ölkə iqtisadiyyatında daha uzun və daha güclü şoka səbəb olacaq.
Beləliklə, mənfi ssenariyə əsasən, Ukraynanın ümumi xarici maliyyə kəsirinin 177,2 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Həmçinin ekspertlər qeyd edirlər ki, bu halda inflyasiya daha yüksək və sabit olacaq.
BVF hesablamalarına görə, şok vəziyyət 2025-ci ilin birinci rübündə başlayacaq. Qeyd edilən mənfi ssenariyə həmçinin enerji infrastrukturuna daha geniş ziyan dəyməsi və elektrik enerjisinin kəsilməsi daxildir.