-->

Şəhid Ramil Ağayevin anım mərasimi keçirildi – VİDEO

photo 264572

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn Ağayev Ramil Mərdan oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər və digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Son Yazılar:

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq qələbələrin tarixi əhəmiyyətindən, Vətən müharibəsində igid oğullarımızın nümayiş etdirdiyi igidlik və şücaət nümunələrindən danışıblar. Döyüş iştirakçıları R.Ağayev haqqında xatirələrini bölüşərək, onun müsbət keyfiyyətlərindən, örnək olacaq xüsusiyyətlərindən eləcə də döyüş zamanı qorxmazlığından bəhs ediblər.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

dcc1ea87 b228 3e06 a120 35f149e22ed0 300

3913351b 8a04 33ab b61a 57b1406a0bdc 300

9af283a1 53bc 3263 8591 f7749e5b5981 300

52293e1f 4fd2 3cd3 9fba 579a1b6ddc03 300

476c9351 1fe3 3ffe acdb a712e8976502 300