Xarici media nümayəndələri II Şuşa Qlobal Media FORUMUNDA

Şuşada iyulun 20-22-də keçiriləcək II Qlobal Media Forumda iştirak edəcək xarici qonaqlar Füzuliyə gəliblər.

Viral.az xəbər verir ki, qonaqları gətirən təyyarə Füzuli Beynəlxalq Aeroportunda enib.

Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcək forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılacaq.

Son Yazılar:

İki gün davam edəcək forum çərçivəsində 4 panel sessiya – “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.