“Barselona”nın keçmiş yarımmüdafiəçisi İvan Rakitiçin “Hayduk” klubuna keçidi rəsmiləşib.
Viral.az Xorvatiya klubunun saytına istinadən xəbər verir ki, 36 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.
Xorvatiyalı futbolçu bu gün rəsmən təqdim olunacaq.
Son Yazılar:
- Bəzi bölgələrdə su anbarlarının tikilməsi zəruridir
- Spirtli içkilər xərçəng riskini ARTIRIR – Həkim AÇIQLADI
- Kitaba “toy” tutanlar…
Qeyd edək ki, Rakitiçin son klubu Səudiyyə Ərəbistanı “Əl-Şabab”ı olub. O, ötən mövsüm bütün yarışlarda 8 matçda iştirak edib, 1 qol vurub və 1 qolun ötürməsini verib.