Borrell buna görə Vyetnama səfər edəcək

Aİ-nin xarici siyasət üzrə komissarı Josep Borrell 29-31 iyul tarixlərində Hanoy şəhərinə səfər edəcək və orada Vyetnam hakimiyyət orqanları ilə təhlükəsizlik və davamlı inkişaf sahəsində əməkdaşlığı müzakirə edəcək.

Viral.az xəbər verir ki, bu barədə “Reuters” Aİ-nin respublikadakı səfiri Julien Guerrier-ə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Borrel Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının xarici işlər nazirlərinin Laosda keçirilən iclasında iştirak etdikdən dərhal sonra Hanoy şəhərinə səfər edəcək. Avropa diplomatiyasının rəhbəri Vyetnam hakimiyyəti ilə söhbəti zamanı “Aİ ilə Vyetnam arasında gələcək üçün əsas sahələrdə əməkdaşlığın necə gücləndirilə biləcəyini” müzakirə edəcək.

Son Yazılar:

(redaktor.az)