Cəlilabadda yanğın hadisəsi olub.
Viral.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Komanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakinlərinə məxsus iki tövlə, içərisində 8 baş iribuynuzlu heyvan və 550 bağlama otla birlikdə yanıb.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Bu barədə polisə məlumat verilib.
Həmin yardımçı tikililəri qəsdən yandırmaqda şübhəli bilinən zərərçəkmişlərin qohumu Qabil Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı həmin şəxsin qonşuluqda yaşayan əmisi və bibisinə məxsus tövlələri yandırmaqla onlara ümumilikdə 16 min manata yaxın ziyan vurduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.