Professoru evində qətlə yetirdilər – Meyiti eyvanda tapıldı

Özbəkistanın paytaxtı Daşkəndin Almazar rayonunda yaşayan 73 yaşlı sosioloq, professor Əbdüləxət Kaxhorov evində qətlə yetirilib.

 

Viral.az xəbər verir ki, hadisənin təfərrüatları barədə “Kun.uz”a ölkənin Baş Prokurorluğunun mətbuat katibi Xaet Şamsutdinov məlumat verib.

Son Yazılar:

 

Onun sözlərinə görə, iyulun 18-də saat 22:00 radələrində professorun qonşuları polisə zəng edərək Abdulaxət Kaxhorovun evində səs-küy eşidildiyini bildiriblər. Bununla əlaqədar olaraq hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib.

 

Əməkdaşlar mənzilə daxil olan zaman balkonda professor Kaxhorovun meyitini aşkar ediblər. O, aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində qan itkisindən dünyasını dəyişib.

 

İyulun 19-da Almazar rayon prokurorluğu cinayət işi açıb. Şübhəli şəxs prosessual qaydada saxlanılıb. Cinayətin səbəbləri müəyyənləşdirilir.