Moskva davam edən anti-Rusiya sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Yaponiyanın Rusiyaya qarşı davam edən sanksiyalarına cavab olaraq, 13 Yaponiya vətəndaşının ölkəmizə daxil olmasına həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib”, – departament qeyd edir.
Son Yazılar:
- Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin ETDİ
- Bakıda NATO nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ
- Məşhur müğənni səhnəyə ağlayaraq vida etdi – FOTO
Onların arasında müxtəlif sənaye sahələrini təmsil edən Yaponiya şirkətlərinin menecerləri, o cümlədən “Toyota Motor”un idarə heyətinin sədri Toeda Akio və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko da var.
(redaktor.az)