Milli Məclisə növbədənkənar parlament seçkilərində iştirak üçün 1162 nəfər müraciət edib, 999 nəfərin isə namizədliyi təsdiqlənib. Onlardan 395-i siyasi partiyaları təmsil edir. Ümumilikdə 24 siyasi partiyadan 449 nəfərin namizədliyi irəli sürülüb.
Viral.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Etibar Quliyev MSK-nın iyulun 24-də keçirilən iclasında söyləyib.
O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb, 111 nəfər isə imza vərəqələrini qaytarıb.