Dağıstanda iki oğlan Xəzər dənizində boğulub.
Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün Xəzər dənizində 7 yaşlı uşaq Oazis (Mahaçqala) tərəfində, 16 yaşlı yeniyetmə isə Sulak tərəfdə batıb”, – məlumatda deyilir.
Son Yazılar:
- Türkiyədə uçuşlarda fasilələr YARANDI
- 790 min manat pul AYRILDI
- “Yoldaşım evə gələn kimi deyirəm ki…”: Aysun ailəsindən DANIŞDI
Dağıstanın Daxili İşlər Nazirliyi suda tez-tez baş verən fövqəladə hallarla əlaqədar respublika sakinlərini uşaqlara nəzarəti gücləndirməyə çağırır.
“Suda son dərəcə diqqətli olun, dəniz xaindir, diqqətsiz olmayın”, – qeyd edilib.
(redaktor.az)