Leyla Şıxlinskaya islam dinini qəbul etdi

Xalq artisti Leyla Şıxlinskaya İslamı qəbul edib.

Viral.az xəbər verir ki, bu barədə tanınmış həkim Aydın Talışinski sosial media hesabında məlumat yayıb.

Belə məlum olub ki, Xalq artisti bu günə kimi müsəlman deyil, başqa dinin daşıyıcısı olub.

“15 il əvvəl onun klinikasında işləyirdim. İndi pasiyent kimi qəbuluma gəlib. Məşhur Xalq artistimiz Leyla Şıxlinskaya çox gənc qalıb. Keçmişi təəssüratlarla yad etdik. Həm də müsəlman olub. Allah qəbul eləsin”, – deyə A.Talışinski bildirib.