Qolunu şüşə kəsən kişi xəstəxanada ÖLDÜ

Şəkidə qolunu şüşə kəsən 34 yaşlı kişi xəstəxanada vəfat edib.

Viral.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu ötən gün saat 20 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib.

Nəticədə şüşə onun qolunu kəsib. 34 yaşlı kişi xəstəxanaya çatdırılıb, lakin tibbi yardımlara baxmayaraq ölüb.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır.