Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasından sonra Kirantsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insident yaşanıb.
Viral.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Bildirilib ki, insident yeni salınan yolun yaxınlığında qeydə alınıb. Belə ki, delimitasiya və demarkasiyadan sonra Gürcüstana gedən yolun bir hissəsi olan Kirants körpüsü Azərbaycan tərəfinə təhvil verilib və yeni, alternativ yolun tikintisinə başlanılıb. Ancaq azərbaycanlılar yolun sərhəd pozuntusu ilə çəkildiyini əsas gətirirlər və vaxtaşırı bu barədə iradlarını bildirirlər.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan məlumatı təsdiqləyib. O bildirib ki, Kirants sakinləri ötən gün Kirantsa gedən yeni yolda insident baş verdiyini bildirib:
“Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir”.