Ailənin yeganə övladı qaraciyərini anasına verdi – VİDEO

Uzun illərdir qaraciyər çatışmazlığından əziyyət çəkən anaya öz oğlu donor olub.

Belə ki, Hacıqabul rayonunun sakini Elçin Qəniyev anası Tamam Qəniyevaya öz qaraciyərini verib.

Viral.az xəbər verir ki, Elçin Qəniyev evin tək övladıdır. Amma anası üçün heç düşünmədən sağlamlığını fəda edib. Valideyni razı olmasa da, o, israr edərək belə bir addım atıb. 10-15 ildir qaraciyər çatışmazlığından əziyyət çəkdiyini deyən Tamam Qəniyeva bildirib ki, imkanları olmadığına görə, əməliyyat etdirə bilməyib:

Son Yazılar:

“Çox pis vəziyyətdə idim. Həkim zəng edib dedi ki, baş həkim sizi çağırır. Dedilər, əməliyyat sığorta ilə ediləcək, amma donor lazımdır. Oğlum məndən qabaq dedi ki, donor olacağam. Mən razılıq vermədim. Oğlum çox israr etdi, dedi ki, bizi başsız qoyacaqsan? Şükür, indi vəziyyətimiz yaxşıdır. Oğlum da, mən də yaxşıyam”.

Qeyd edək ki, Hacıqabulda yaşayan Qəniyevlər ailəsinin maddi durumu çox zəifdir. Üç azyaşlı övladı olan Elçin Qəniyev əməliyyat olunduğu üçün hazırda heç bir işdə işləmir. Onun atası İxtiyar Qəniyev isə ailəni fəhləliklə dolandırır.

Ətraflı Baku TV-nin süjetində: