Yanacaq daşıyan qoşqulu maşın aşdı, xəsarət alan var

İmişlidə yanacaq daşıyan qoşqulu avtomobil aşıb.

Viral.az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili idaretməni itirərək yoldan çıxıb və aşıb.

Son Yazılar:

Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.