Alimlər xərçəngin elektrik cərəyanı ilə müalicəsini təklif edirlər

Alimlər elektrik cərəyanının xərçəng hüceyrələrini məhv etmək qabiliyyətini artıra biləcəyini aşkar ediblər.

Viral.az “TASS”a istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Cell Reports Physical Science” jurnalında dərc olunub.

Tədqiqat donorlardan alınan glioblastoma toxuma nümunələri üzərində aparılıb. Glioblastoma beyin şişinin ən çox yayılmış və aqressiv bədxassəli formasıdır. Vaxtında müalicə edilmədikdə, sağlam sinir hüceyrələrinə sürətlə hücum edir və idrak funksiyasını pozur.

Son Yazılar:

Laboratoriya şəraitində hüceyrələr “anti-şiş” elektrik sahələri yaradan bir cihaza məruz qalıb.Alimlər müəyyən ediblər ki, elektrik cərəyanının tətbiqi “killer” hüceyrələr də adlandırılan “NK” hüceyrələrinin effektivliyini artırıb. Bunlar fitri toxunulmazlığın fəaliyyətində iştirak edən limfositlərdir. Onlar birbaşa təmas vasitəsilə xərçəng hüceyrələrini məhv etməyə qadirdirlər.

Alimlər qeyd ediblər ki, “NK” hüceyrə terapiyası tez-tez müalicəsi çətin olan növlər də daxil olmaqla, xərçəngin geniş spektrində istifadə olunur.

(redaktor.az)