Britaniyanın məşhur rok qurupu “The Beatles”ın (“Bitlz”) üzvü Con Lennonun istifadə etdiyi gitara hərracda 1.5 milyon funt sterlinqə satılıb.
Viral.az xəbər verir ki, bu gitaranın “Beatles” tarixində hərracda ən baha qiymətə satılan musiqi aləti olduğu güman edilir. 50 ildən çoxdur ki, işlədilməyən gitara Britaniyanın kəndlərindən birində yaşayan cütlük tərəfindən evin çardağında tapılıb.
Son Yazılar:
- İnsan niyə belə şeylər çəksin ki?
- Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsib?
- Pezeşkian köməkçisini işdən çıxardı – SƏBƏB
Gitara məşhur qurupun 1965-ci il albomu və “Help!”adlı filminin çəkilişində istifadə olunub.
Hərracdan əvvəl gitaranın 485 – 647 min funt sterlinq arasında alıcı tapacağı ehtimal edilirdi.