Makronun Yeni Kaledoniya ilə bağlı siyasəti işə yaramır

“Makronun Yeni Kaledoniya ilə bağlı siyasəti işə yaramır, bizə yeni bir yol lazımdır”

 

Viral.az xəbər verir ki, bu sözləri Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü Cimmi Nauna Britaniyanın nüfuzlu “Guardian” nəşrindəki məqaləsində deyib. O bildirib ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar, Emmanuel Makronun Yeni Kaledoniyanın öz müqəddəratını təyinetmə prosesini pozmaq üçün apardığı qərəzli və inadkar siyasi manevrlərin birbaşa nəticəsidir. Cimmi Nauna qeyd edib ki, Parisdə Fransa Milli Məclisində qəbul edilən seçki islahatı qanun layihəsi iki həftə əvvəl paytaxt Numeada iğtişaşlara səbəb olub: “Bu ilin aprel ayında seçki islahatı qanun layihəsi Fransa Senatına təqdim edildikdən bəri, Numea şəhərinin mərkəzində və ümumilikdə Yeni Kaledoniya on min nəfərdən çox insanın iştirak etdiyi dinc mitinqlər, nümayişlər, yürüşlər və oturaq aksiyalar keçirilib. Lakin Fransa hökuməti bu qanunun yerli səviyyədə iğtişaşlar və zorakı reaksiyalara səbəb olacağına dair aydın işarələrə baxmayaraq qanun təşəbbüsünü yenə də irəli sürdü”,- deyə məqalədə bildirilib.

Son Yazılar:

 

Məqalədə qeyd edilib ki, Makronun Yeni Kaledoniyadakı vəziyyəti idarə etməsi, Fransada siyasi qruplar tərəfindən mübahisəli olaraq qiymətləndirilir. Nauna Makronun ötən həftə Yeni Kaledoniyaya səfərinin də siyasi mənfəət məqsədi daşıyan təbliğat addımı olduğunu deyib: “Hətta öz partiyası daxilində belə Makron seçki islahatı qanun layihəsini Versal Konqresi (parlamentin birgə iclası) vasitəsilə keçirmək üçün dəstəyini itirib”.

 

Bildirilib ki, Makron Parisə qayıtdıqdan sonra seçki islahatını Fransa Konstitusiyası çərçivəsində milli referenduma çıxarmağı düşünüb. Səfərdən sonra FLNKS bəyanat yayaraq seçki islahatı prosesinin dayandırılmasını və ya geri götürülməsini tələbini təkrar səsləndirib. Həmçinin, gərginliyi azaltmaq və daha əlverişli mühit yaratmaq üçün Yeni Kaledoniyaya yüksək səviyyəli müstəqil missiyanın göndərilməsi də tələb edilib. (Azərtac)