Çinin Henan əyalətində sənaye zonasında baş vermiş partlayış nəticəsində ən azı beş nəfər həlak olub, daha 14 nəfər yaralanıb.
Viral.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, hadisə Yunçen şəhərindəki “Qaoçjuan” sənaye parkında baş verib. Partlayışın səbəbi “Zhongrui Nonferrous” şirkətinin zavodunda alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı olub.
Son Yazılar:
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
- Sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ
Qeyd olunub ki, polis obyektin işinə cavabdeh olan şəxsləri saxlayıb.
Hadisənin təfərrüatları araşdırılır, istintaq aparılır.