Yaxın Şərqdəki gərginliyi azalda biləcək Qəzzada atəşkəs razılaşmasına dair ümidlər neft qiymətlərini ucuzlaşdırıb.
Viral.az xəbər verir ki, “Brent” markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 1,24 dollar və ya 1,5% ucuzlaşaraq 81,13 dollar olub.
“WTI” markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 1,12 dollar və ya 1,4% azalaraq 77,16 dollar olub.